Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 09:56
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl APOEL üçün şam yeməyi təşkil edib.
Qol.az-ın Kipr təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, gecədə Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib. Meydandan kənarda qonaqpərvərlik üçün təşəkkürünü bildirən rəqib komanda meydanda öz şərəfi və tarixi uğrunda mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlanacaq.