Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 23:40
"Disney" "Ulduz Müharibələri" ("Star Wars") kainatında "Asoka" ("Ahsoka") serialının çıxış tarixini rəsmən açıqlayıb. Bundan əlavə, şounun müəllifləri qarşıdan gələn layihənin tizerini nümayiş etdiriblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, filmin premyerası avqustun 23-nə təyin olunub. Mövsümdə cəmi səkkiz seriya olacaq - onlar oktyabrın 11-dək hər çərşənbə günü yayımlanacaq.
"Asoka" rolunu Rozario Douson ifa edib. Serialın aktyor heyətinə, həmçinin Lars Mikkelsen ("Qrand Admiral Traun"), İvanna Saxno ("Şin Hati"), Meri Elizabet Uinstead ("Hera Sindulla") və başqaları daxildirlər.
"Asoka" "Ulduz Döyüşləri: Mandaloriyalı" serialının spin-offudur. Asoka Tano imperiyanın süqutundan sonra yeni təhlükəni araşdırmalıdır.