Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Tarix: 14 Iyun 2023 07:46

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində həmin vaxt avtomobillə hərəkət edən Dövlət Meşə Təsərrüfatı Agentliyinin əməkdaşları həlak olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna regionunda 101 partlayış qeydə alınıb. Xotin, Miropolskaya, Belopolskaya, Znob-Novqorodskaya, Seredino-Budskaya, Esmanskaya, Novoslobodskaya və Velikopisarevskaya icmaları atəşə tutulub.

"Belopolye şəhərindəki uşaq evinə - internat məktəbinə artilleriya zərbələri endirilib. Orada olan 135 uşağın həyatı üçün böyük təhlükə var idi. İnternat işçiləri və xilasedicilər uşaqları təxliyə ediblər", - Sumı hərbi vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.


Etiketlər:  Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ