Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HAZIRLIQ BAŞLADI! Ərdoğanın ''HƏ'' cavabından asılı olan ölkə ən qısa zamanda...

HAZIRLIQ BAŞLADI! Ərdoğanın ''HƏ'' cavabından asılı olan ölkə ən qısa zamanda...

Tarix: 15 Iyun 2023 07:48

NATO-nun baş katibi Yens Stoltenberq sabah başlayacaq NATO Müdafiə Nazirləri toplantısından əvvəl Brüsseldə mətbuat konfransı keçirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq məsələlərə toxunan Stoltenberq İsveç televiziyasının müxbirinin Ankarada Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətləri arasında üçtərəfli razılaşmaya uyğun olaraq qurulan Daimi Müştərək Mexanizmin dördüncü iclası ilə bağlı sualını cavablandırıb.

Stoltenberq ötən həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü bildirib:

"Birlikdə vaxt keçirdik və İsveçin NATO üzvlüyünü müzakirə etdik. Daimi Müştərək Mexanizm toplantısı keçirmək üçün razılaşdıq".

"Bəzi irəliləyişlər əldə olunub və biz İsveçin NATO üzvlüyünün ən qısa zamanda ratifikasiyası üzərində işləyirik" - NATO baş katibi əlavə edib.

Hələlik dəqiq tarix söyləməyin mümkün olmadığını qeyd edən Stoltenberq sözlərinə belə davam edib:

"Ancaq irəliləyiş var. İstanbulda və Ankarada keçirdiyim görüşlərdə dedim ki, İsveç üzərinə düşəni edir. İsveç konstitusiyada dəyişiklik edib, terrorla mübarizə qanunlarını gücləndirib və Türkiyəyə silah ixracına qoyulan hər hansı məhdudiyyəti aradan qaldırıb. İsveçin Türkiyə ilə masa arxasında oturmasını alqışlayıram. Biz razılaşdırılmış məsələlər əsasında daha nələr edə biləcəyimizi müzakirə edirik. Üstəlik, bu həftə PKK-ya bağlı bir şəxsin ölkədən çıxarılması ilə bağlı yeni açıqlama verildi ki, bu da həm terrorla mübarizənin, həm də İsveçin xeyrinədir. İsveçin NATO-ya tam üzv olması üçün aparılan işlər davam edəcək".

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.

Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.

Ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.

Milli.Az


Etiketlər:  HAZIRLIQ BAŞLADI Ərdoğanın cavabından asılı olan ölkə qısa zamanda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ