Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alim Qasımov və qızı İstanbulda konsert verdi - VİDEO

Alim Qasımov və qızı İstanbulda konsert verdi - VİDEO

Tarix: 15 Iyun 2023 15:25

İstanbulda Atatürk Mədəniyyət Mərkəzində Alim Qasımov və Fərqanə Qasımovanın konserti keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, konsert proqramı Azərbaycanın İstanbuldaki Baş konsulluğu və İstanbul Aydın Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konsert 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev ili" elan olunması çərçivəsində Ümummilli liderin 100 illiyi qardaş Türkiyədə də silsilə tədbirləri çərçivəsində keçirilib.

Gecədə Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifasında Azərbaycan milli muğamının inciləri tamaşaçılara təqdim olunub.

Konsert proqramının açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva və İstanbul Aydın Universitetinin İdarə heyətinin sədri dos.dr. Mustafa Aydın öz çıxışları zamanı, Heydər Əliyevin siyasi irsinin və ideologiyasının həm Azərbaycan tarixində, həm də Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində böyük əhəmiyyətindən danışıblar.

Milli.Az


Etiketlər:  Alim Qasımov qızı İstanbulda konsert verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ