Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 18:25
"Üç il olar Natavanla əlaqəmiz yoxdur. Nömrəsi belə yoxumdur. 10 ildə yadıma gəlmir ki, onunla şəxsidə danışım. Şəxsi vatsap nömrələri olan, sevdiyim, hörmət bəslədiyimiz ulduzlarımız var".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "El canlı" proqramına müsahibəsində deyib. Sənətçi həmkarı Natavan Həbibidən danışıb. O bildirib ki, bir vaxtlar yaxın rəfiqəsi olan Natavanla hazırda heç bir əlaqəsi yoxdur:
"Toyunda iştirak etmədim, dəvət etməmişdi. Amma mən onu toyuma çağırmışdım. Mərkəz açanda da müsahibə verib dəvət etdim. Natavan dedi ki, şərikli biznes olmaz. Mən onu şərik dəvət etmirdim, qonaq çağırırdım. Biz ayrı-ayrı dünyaların adamıyıq. Tamami ilə ayrı. Tərzlərimiz uyğun gəlmir, üst-üstə düşmür".