Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2023 02:04
Heydər Əliyevin kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna rolu olub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazir deyib ki, Heydər Əliyevin aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb.
Məcnun Məmmədov qeyd edib ki, ölkənin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında ulu öndərin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynayıb. Bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Kənd təsərrüfatı naziri kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərə də diqqət çəkib.
"Nazir aqrar sığorta ilə bağlı fermerlərə çağırış edib."
O, həmçinin bildirib ki, təbiət hadisələri nəticəsində fermerlərə dəymiş zərəri Aqrar Sığorta Fondunun ekspertləri qiymətləndirir:
Bundan başqa nazir deyib ki, bu günə qədər 160 min hektar taxıl sahəsinin 15-16 %- biçilib, eyni zamanda 328 ton yaş barama təhvil verilib.
"Məcnun Məmmədov nazirlikdə aparılan struktur islahatlarına da diqqət çəkib."
Nazir hazırda həm aparat, həm də nazirlik daxilində kadrların diaqnostikasının aparıldığını vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: