Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konor Makqreqor qadına hücum etməkdə ittiham olunur

Konor Makqreqor qadına hücum etməkdə ittiham olunur

Tarix: 16 Iyun 2023 09:58

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor Milli Basketbol Assosiasiyasının (NBA) Mayamidə keçirilən final mərhələsinin 4-cü oyunundan sonra qadına hücum etməkdə ittiham olunub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "TMZ Sports" portalı məlumat yayıb.

İdmançının tualetdə qadına hücum etdiyi iddia edilir. Zərərçəkmiş qaça bilib və ertəsi gün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

Mənbənin məlumatına görə, Makqreqorun nümayəndələri iddiaların yalan olduğunu bildiriblər.

Milli.Az


Etiketlər:  Konor Makqreqor qadına hücum etməkdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ