Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəyə uçuş biletləri Amerika qiymətinədir... - VİDEO

Türkiyəyə uçuş biletləri Amerika qiymətinədir... - VİDEO

Tarix: 16 Iyun 2023 17:36

Aviabiletlərin qiymətləri kəskin bahalaşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bahalaşma xüsusilə Bakı-Ankara, Bakı-Antalya resylərində qeydə alınıb. Bu günkü tarixə ekonom büdcəli aviakompaniyalardan saylan şirkətlərin biri ilə Ankaraya uçmaq düz 800 manatdan baha təklif edilir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, pandemiya sona çatdığı üçün artıq turist səfərləri əvvəlki saylara yaxınlaşır.

"Azərbaycanda quru sərhədlər bağlı olduğuna görə, əsas tələbat təyyarə ilə olan səfərlərədir."

Tələb hədsiz çox olduğundan aviabiletlərin qiymətləri də bu cür baha təklif edilir.

Ekspert deyir ki, gün ərzində Antalyaya 3-4 reys olsa da, bu istiqamətdə də qiymətlər hədsiz bahalaşıb.

Bənzər hal Gürcüstan istiqamətində də yaşanır. Xüsusilə Tiblisi və Batum reysləri ilə gediş-dönüş qiymətləri xeyli yüksəlib.

Ekspert tövsiyyə edir ki, turistlər ucuz aviabilet almaq üçün əvvəlcədən rezervasiya etsinlər. Səfər biletləri son günlərə qalanda qiymətlər bu cür baha olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Türkiyəyə uçuş biletləri Amerika qiymətinədir VİDEO


RƏYLƏR