Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makrona sui-qəsdə cəhd edən şəxs həbs olundu

Makrona sui-qəsdə cəhd edən şəxs həbs olundu

Tarix: 17 Iyun 2023 21:42

Fransa Prezidenti Emmanuel Makrona sui-qəsd cəhdində şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.

"Ultrasolçu solçu fəal istintaqa cəlb edilib və həbs olunub. O, apreldə respublika prezidentinin həyatına qəsd etməkdə ittiham olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, cari ilin aprelin 27-də Makronun Dub departamentinə səfəri zamanı insident baş verib. Belə ki, bir nəfər Makronun olduğu helikopterə tüstü bombası atıb. Təhqiqat nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyən edilib, o, sonra evində saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az


Etiketlər:  Makrona sui qəsdə cəhd edən şəxs həbs olundu


RƏYLƏR