Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Reza və Ebrunun qızı ilə bağlı qərar verdi

Məhkəmə Reza və Ebrunun qızı ilə bağlı qərar verdi

Tarix: 18 Iyun 2023 11:00

Türkiyəli müğənni Ebru Gündeşlə keçmiş həyat yoldaşı, Cənubi azərbaycanlı iş adamı Reza Zarrab arasında qızları Alaranın qəyyumluğu ilə bağlı məhkəmə işində qərar elan edilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, gizlilik qərarı olan iş üzrə şikayətə ötən gün Beykoz Ədliyəsi 2. Ailə Məhkəməsində baxılıb. Məsələ ilə bağlı irəli sürülən iddialara görə, qəyyumluq E.Gündeşdə qalıb və Reza 12 yaşlı qızını görə bilməyəcək.

Qeyd edək ki, Reza bir müddət əvvəl 11 il evli qaldığı Ebruya qarşı övladının qəyyumluğunu almaq üçün məhkəmədə iddia qaldırmışdı. Bunun ardından Ebru da ondan şikayətçi olaraq Rezanın qızı ilə əlaqəsinin əngəllənməsi üçün şikayətçi olmuşdu.


Etiketlər:  Məhkəmə Reza Ebrunun qızı ilə bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ