Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb - Livanlı hüquq müdafiəçisi

Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb -  Livanlı hüquq müdafiəçisi

Tarix: 19 Iyun 2023 14:26

44 günlük Vətən müharibəsindəki qələbə ərəb dünyasında Azərbaycana olan marağı ciddi şəkildə artırıb.

Bunu TurkicWorld-a livanlı hüquq müdafiəçisi, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.

O qeyd edib ki, Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etməsi və bu şanlı zəfər onun ərəb dünyasında gündəmə gəlməsində böyük rol oynayıb.

"44 günlük Vətən müharibəsindən sonra, ümumilikdə, ərəb dünyasında Azərbaycan haqqında yeni və daha fərqli fikir formalaşdı. Qarabağda zəfər Azərbaycan xalqını sevindirdiyi kimi, bu ölkəni İslam dünyasının bir parçası hesab edən ərəbləri də sevindirdi" - deyə o bildirib.

O hesab edir ki, ərəblər Azərbaycanın tarixi adət-ənənələri, mədəniyyəti haqqında daha geniş və dərin bilgiyə sahib olmaq istəyirlər.

T.Şandib onu da vuğulayıb ki, Azərbaycanın Türkiyənin qardaşı, siyasi və hərbi müttəfiqi olması faktı da ərəb dünyasında rəğbətlə qarşılanır.

"Azərbaycanın ərəb ölkələri ilə də əlaqələrini inkişaf etdirməsi olduqca mühümdür"- deyə o əlavə edib.

Livanlı hüquq müdafiəçisi onu da qeyd edib ki, Azərbaycan İslam dünyasına ciddi töhfə verən dərin dövlətçilik ənənələrinə sahib dövlətdir.

"Ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi, heç şübhəsiz, hər kəsin maraqlarına xidmət edir" - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  Ərəb dünyasında Azərbaycana maraq ciddi şəkildə artıb Livanlı hüquq müdafiəçisi


RƏYLƏR