Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” - VİDEO

“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” - VİDEO

Tarix: 19 Iyun 2023 18:50

"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uşaqlara verirdilər. 1985-1988-ci illərdə doğulan uşaqlara daha çox Sərxan adını verməyə başladılar".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu "Şənbə axşamı" verilişində deyib.

70 yaşlı sənətkar Bakı şəhərindəki bəzi dəyişikliklərdən gileylənib:

"Bakı dəyişir, gözəlləşir. Amma bu dəyişimin mənfi tərəfləri də var. O tərəfləri isə mən içəridən görürəm. Onlar da zamanla düzələr. 1990-ci illər çətin illər idi. Şəhərin zirzəmilərini açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt. Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur".

Sərxan doğulub, boya-başa çatdığı "İçərişəhər" metro stansiyası ərazisində yeni mənzil aldığını da açıqlayıb:

"Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram. İstiqlaliyyət küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişdiyi yerdə ev almışam. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".

Xalq artisti gənclik illərində həm aşpaz, həm də dənizçi olmaq istədiyini bildirib:

"Gənclik illərində aşpaz olmaz istəyirdim. Çünki, ailədə dörd uşaq idik. Yeməkləri hər zaman nənəm bişirirdi. Mən isə yaxşı yeyən insan idim. Gəlirdim qazanın qapağını açmağa, nənəm deyirdi ki, ona əl vurma, atan üçün bişirmişəm. Digər yeməyi yemək istəyəndə deyirdi ki, bu soğansız yeməkdir, bacın üçün hazırlamışam. O, soğan xoşlamır. Ona da əl vurma. Digər yeməyə yaxınlaşanda deyirdi ki, bunu da qardaşın üçün bişirmişəm. Onun qaraciyəri xəstədir, bu yemək onun üçündür. Sual verirdim ki, mənə nə bişirmisən? Cavab verir ki, get sonra gələrsən. Beləcə qalırdım ac.

Atam nənəmə zarafatca deyirdi ki, o qədər uşağı ac saxladın ki, qaçdı getdi Moskvaya. Sonra dənizçi olmaq istədim. Bakıda da dənizçi məktəbi var. İstəyirdim ölkələri dəniz gəmisi ilə səyahət edim. Arzum yerinə yetdi, İttifaq dağılandan sonra məni beynəlxalq kruizlərə dəvət edirdilər.

Aralıq dənizi, okeanlar və sairə. Orada qoyulan şərt isə kruiz müddətində bir solo konsert vermək lazım idi. 26 gün isə birinci siniflə gəzintiyə çıxırdın. Əlavə isə ailə üzvlərindən kimi istəyirsən götürə bilirdin. Mən özümlə çox sevdiyim qızımı götürürdüm. Hər yerdə olmuşam, Braziliya, Argentina, Avropa və Afrika ölkələrini gəmi ilə səyahət emişəm. Beləcə arzularım çin olub".

Milli.Az


Etiketlər:  Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ