Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röyadan ETİRAF: “Lazım olmayan şəkillər çəkdirmişdim”

Röyadan ETİRAF: “Lazım olmayan şəkillər çəkdirmişdim”

Tarix: 19 Iyun 2023 22:40

"Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım". 

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Günaydın, Azərbaycan" proqramında deyib. O, "Həyatından hansi ili silərdin" sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcı Xoşqədəm Hidayətqızının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

"Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm".

Həmçinin, Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

"Çoxdandır borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram", - deyə, Xalq artisti sözlərinə davam edib. 

R.Ayxan bildirib ki, ən böyük arzusu Hüseynin ali məktəbə daxil olmasıdır.

Milli.Az


Etiketlər:  Röyadan ETİRAF Lazım olmayan şəkillər çəkdirmişdim


RƏYLƏR