Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət rüsumunun hesablanması və büdcəyə köçürülməsinə nəzarət qaydası təsdiqlənib

Dövlət rüsumunun hesablanması və büdcəyə köçürülməsinə nəzarət qaydası təsdiqlənib

Tarix: 20 Iyun 2023 15:40

Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 199 nömrəli qərarı ilə təsdiq edilən "Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası" dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsi üzrə təqdim edilən hesabatlara dair məlumat mübadiləsinin aparılması, dövlət rüsumu tutan idarə və təşkilatlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı yoxlama, təhlil, monitorinq aparılmasını nəzərdə tutur.

Həmçinin dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlərə görə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət funksiyalarının bölgüsü müəyyən edilib.


Etiketlər:  Dövlət rüsumunun hesablanması büdcəyə köçürülməsinə nəzarət qaydası təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ