Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarkt cavanlaşıb... Bunlara diqqət edin... - VİDEO

İnfarkt cavanlaşıb... Bunlara diqqət edin... - VİDEO

Tarix: 22 Iyun 2023 05:06

Azərbaycanda infarktdan ölənlərin sayı artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, artıq ürəyin işemik xəstəlikləri və infarktlar nəinki orta yaşlı və yaşlı şəxslərdə, indi hətta daha gənc yaşlarında olan şəxslərdə də müşahidə edilir.

Təbib-in tabeliyində olan respublika klinik xəstəxanasının həkim-kordioloqu Mehriban İsgəndər bildirir ki, azərbaycanda infarktdan ölüm hallarının sayının çox olması hətta Ümumidünya Səhiyyə təşkilatının statistikasında da öz əksini tapıb.

Mehriban İsgəndərin sözlərinə görə, siqaretdən istifadə, yüksək qan təyziqi, şəkərli diabet, irsi faktorlar infarktda səbəb ola bilər. Bu hallar ürək-damar xəstəliklərinə səbəb ola, infarkt nəticəsində ölüm hallarınına gətirib çıxara bilər.

Bu xəstəliklərin qarşısını almaq məqsədilə sağlam həyat tərzi sürülməsi tövsiyyə olunur

Həkim tövsiyyə edir ki, xüsusilə idmanla məşğul olan gənclərin protein və oxşar məhsulların qəbulunda diqqətli olsunlar. Bu vasitələr ürəyin işemik xəstəliklərini sürətləndirə, infarkta gətirib çıxara bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  İnfarkt cavanlaşıb Bunlara diqqət edin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ