Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 23:40
Müğənni Aynur Dadaşova bir vaxtlar dost olduğu həmkarı Niyam Salami ilə evlənəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda "El canlı" verilişində danışan ifaçı bir layihə üçün belə piar qurulduğunu deyib. O bildirib ki, konsertin anonsu üçün bəy-gəlin geyimindən istifadə ediblər:
"Konsertimizin adı "Toy" olacaqdı. Tamaşaçı isə bunu ciddi qəbul etdi. Mən də dedim ki, istəmirəm konserti. Hətta həmin layihədən xərcləri çıxdıqdan sonra hərəmizə 200 min manat qalırdı. Söz-söhbətə görə istəmədim. İnsanlar "Allah mübarək etsin" deyirdi, məni ağlamaq tuturdu".