Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 23:52
10 minə yaxın əhalisi olan kənd suya həsrət qalıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət İmişlinin ən böyük kəndi hesab olunan Sarıxanlı kəndindən gedir.
Kəndi suvarma suyu ilə təmin edən Boztəpə kanalının beton üzlüklə üzlənməsi işlərinə başlanıldığından kənd ərazisinə alternativ yollardan su verildiyi bildirilir.
Lakin sakinlər qeyd edir ki, onlar 8 aya yaxındır ki su sarıdan əziyyət çəkirlər. Onlar həyətlərini və əkin sahələrini suvara bilməyiblər.
Sakinlərin üzləşdiyi problemlə bağlı İmişli Suvarma Sistemləri İdarəsindən bildirildi ki, Boztəpə kanalında aparılan işlərlə bağlı Sarıxanlı kəndinin su ilə təmin olunmasında müəyyən qədər problemlər olsa da, onlar alternativ vasitələrlə kəndi su ilə təmin edirlər.
O da qeyd edildi ki, hazırda Boztəpə kanalında işlər davam edir və, kanal üzərində körpülərin inşası aparılır.
Kanalın Sarıxanlı kəndinə qədər olan hissəində işlər yekunlaşıb və həmin məsafəyəyə qədər su ilə təmin olunub.
"Sarıxanlı kəndi ərazisində də, işlər yekunlaşdıqdan sonra ərazi su ilə təmin olunacaq",- deyə qeyd olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.