Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” - VİDEO

İlkin Əhmədov: “Paxıllığımı qadın həmkarım çəkir” - VİDEO

Tarix: 23 Iyun 2023 18:10

"Paxıllıq hissini yaşaya bilmirəm. Yaxşı mənada qibtə edib deyirəm ki, nə gözəl iş görüb. Baxıb deyirəm ki, məndə də bu potensial varsa, mən niyə belə bir iş etməyim ki... Çalışırsan, öz üzərində işləyirsən. Bir də var ki, paxıllıq hissi. Necə edim ki, bu, geri qayıtsın. Biraz önə gedənin paxıllığını çəkən var. Bəla orasındadır ki, bir bəyin xanım paxıllığını çəkir. Mən bunun şahidi oldum. O qadın həmkarımdır". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Sənətçi ona paxıllıq edib badalaq vuran qadın həmkarını efirdə ifşa edib, xəbərdarlıq mesajı yollayıb: 

"Nə yaxşı ki, həmin qadın həmkarım paxıllığımı çəkməsini biruzə verdi. Mən ona o qədər hörmət və izzətlə yanaşırdım. Bu paxıllıq isə mənə verilən Əməkdar artist fəxri adı ilə bağlı deyil. Belə qənaətə gəldim ki, onun mənə qarşı illərdir ki, qəlbində paxıllıq hiss var və bu, artıq özünü biruzə verdi. Buna çox güldüm.

Sözümü də dedim, cavabını da necə lazımdır dedim. Efir vasitəsi ilə bəzilərinə ismarışımı göndərirəm deyirəm ki, başınızı salın aşağı, hansı çərçivədə sənətiniz varsa, onunla məşğul olun. Sənəti ilə irəli gedib, məşğul olan və çalışanlara başqa oyun və qalmaqalla yaxınlaşıb özünüzü reklam etməyin. Ağıllı olun! Xalq və tamaşaçı sənət istəyir. Yaxşını da, pisini də gözəl ayırd edə bilirlər. Məndən heç kim özünə qarşı hörmətsizlik görə bilməz. Başımı aşağı salıb, sənətimlə məşğulam".


Etiketlər:  İlkin Əhmədov Paxıllığımı qadın həmkarım çəkir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ