Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 02:03
Banan ürək sağlamlığının möhkəmləndirilməsi üçün faydalı meyvədir. Xüsusilə, o, böyük miqdarda ürək əzələsi üçün lazımlı mikroelement olan kaliumun zəngin mənbəyidir. Dietoloqların fikrincə, orqanizm kifayət qədər kalium aldıqda ürək stresin öhdəsindən daha yaxşı gələ bilir.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bundan əlavə, bananın tərkibində ürəyin "xoşladığı" B qrupu vitaminləri vardır. Banan insanı artıq mövcud olan xəstəliklərdən xilas etmir, amma profilaktika və ürəyin yaxşı fəaliyyəti üçün faydalıdır.
Mütəxəssislər, eyni zamanda, bananda yüksək tərkibdə şəkərin olmasına diqqət çəkirlər. Bildirirlər ki, banan, diabet xəstələrinə zərərlidir, ilk növbədə, orqanizmi karbohidratların həzmi ilə problemi olmayan idmançılar və fiziki aktiv olan insanlara tövsiyə olunur.
Ekspertlər məsləhət görürlər ki, insan aktiv deyilsə, idmanla məşğul olmursa, bananı hər gün yeməməlidir.