Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 08:54
Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya inamı ilə bağlı hər hansı dəyişiklikdən xəbərim yoxdur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov onu da vurğulayıb ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri prezidentin səlahiyyətindədir və üsyanın yatırılması ilə bağlı Belarusun rəhbəri Aleksandr Lukaşenko ilə "Vaqner" şirkətinin təsisçisi Yevgeni Priqojin arasında təmaslar zamanı müzakirə oluna bilməz.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında üsyanın başladığı elan edildikdən sonra Rusiya müdafiə naziri Şoyqu heç bir açıqlama verməyib.
Xatırladaq ki, Lukaşenkonun apardığı danışıqların nəticəsində Priqojin qiyamdan imtina edib və döyüşçüləri ilə səhra düşərgəsinə geri qayıdıb.