Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanədən Təranəyə: ''Ağıllı olsa, mənim dediklərimi eşitsə, övladlarının...'' - VİDEO

Rəqsanədən Təranəyə: ''Ağıllı olsa, mənim dediklərimi eşitsə, övladlarının...'' - VİDEO

Tarix: 25 Iyun 2023 19:15

Müğənni Rəqsanə İsmayılova rejissor Nail Naib oğlunun "Qırmızı" yutub layihəsinə qonaq olub.

Sonxeber.net publika.az-a istinadən bildirir ki, sənətçi layihədə şəxsi həyatı və övladları ilə bağlı bir sıra açıqlamalar edib. İfaçı müsahibəsi zamanı prodüser Təranə Səmədovanın həbsindən sonra uşaqlarının sığınacağa verilməsindən də danışıb.

İsmayılova layihə vasitəsilə Təranəni qanunlara riayət etməyə səsləyib və övladlarının xatirinə sakit dayanmalı olduğunu bildirib. Rəqsanə yalnız bu halda Səmədovanın qızlarına qovuşa biləcəyini deyib:

"Təranə xanım indi həbsdədir. Balaca qızı Adel də mənim yanında idi. Artıq 2-3 həftə olar ki, onu uşaq evinə yerləşdiriblər. Çünki yaşı azdır. Azərbaycan qanunları da icazə vermir ki, mən onu özüm saxlayım. Böyük qızı isə öz istəyi ilə sığınacağa yerləşdirildi. Sonra bir günlük onları yanıma gətirdim. Onda uşaq ağladı, dedi ki, ora getmək istəmirəm. Mən özümü öyməyi xoşlamıram, nə də onun arxasınca danışmıram. Allah onun qapısını açsın.

Sadəcə ona buradan bir söz deyəcəm: Təranə ağıllı olsa və mənim dediklərimi eşitsə, Azərbaycan qanunlarına riayət etsə, çalışdığımız qədər mən də kömək edərəm, onun özü də bilir, bizim bəzi xanımlar var idi, onlar ona kömək etmək istəyirdilər. Sakit olsa, qulaq assa, o, övladlarına görə, onların bəlli yaş həddinə çatana qədər çöldə onların yanında ola bilər".

Xatırladaq ki, prodüser Təranə Səmədova bu ilin fevralın 14-də həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.


Etiketlər:  Rəqsanədən Təranəyə Ağıllı olsa mənim dediklərimi eşitsə övladlarının VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ