Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar qaraciyəri təmizləyir - Su, sarımsaq...

Bu qidalar qaraciyəri təmizləyir - Su, sarımsaq...

Tarix: 27 Iyun 2023 04:06

Bəzi qidalar həyati orqanlardan toksinləri çıxarmağa kömək edir. Mütəxəssislər bildirir ki, qaraciyərə qulluq etmək vacibdir. Çünki o, bədəndə iki vacib funksiyanı yerinə yetirir - detoksifikasiya və öd əmələ gəlməsi. Zülal, yağ və karbohidrat mübadiləsi onun işinin keyfiyyətindən asılıdır.

Bəs, hansı qidalar qaraciyəri toksinlərdən təmizləyir?

Sonxeber.net lent.az-a istinadən bildirir ki, qaraciyərə qulluq etmək üçün qazsız adi su içmək kifayətdir. Səhərinizi onunla başlamaq məsləhətdir. Bildirilir ki, bir dilim limonla bir stəkan ilıq su əlavə fermentlər istehsal olunduğundan qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Sarımsaq təkcə qaraciyəri təmizləmir, həm də qoruduğu üçün arabir istehlak etmək də faydalıdır. Yeməklərə zerdeçal əlavə etməkdən çəkinməyin. Çünki bu ədviyyat öd istehsalını artırır, bu da öz növbəsində bədəndən toksinləri çıxarır. Bundan əlavə, zerdeçal qaraciyər hüceyrələrinin bərpasını stimullaşdırır.

Həmçinin kişniş qaraciyərə zərər verən ağır metalları bədəndən çıxarır. Almalar iltihabi proseslərin qarşısını alır və bədəni zərərli maddələrin yığılmasından təmizləyir.

Avokado qaraciyəri toksinlərdən qoruyur. Çuğundur öd yollarını zədələnmədən qoruyur, buna görə yuxarıda göstərilənlərin hamısını diyetə əlavə etmək tövsiyə olunur.


Etiketlər:  qidalar qaraciyəri təmizləyir sarımsaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ