Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır - VİDEO

Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır - VİDEO

Tarix: 27 Iyun 2023 17:22

Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar gündən-günə artmaqdadır. Əvvəllər bu problemlə bağlı yalnız müştərilər narazılıq edirdilərsə, indi bu sıraya əzcaçılar da qoşulub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mövzuya münasibət bildirən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriya  müdiri Çingiz Şükürov bildirib ki, ölkəmizə idxal edilən dərman vasitələri normativ sənədlər əsasında yoxlanılır.

Çingiz Şükürov əlavə edib ki, dərmanların keyfiyyəti ilə bağlı şübhələr olduqda Mərkəzin qaynar xəttinə müraciət edə bilərlər.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov isə qeyd edib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentdə I oxunuşda təsdiq olunub.

Millət vəkili vurğulayıb ki, qanun layihəsi ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılması, dərman vasitələrinin istehsalı ilə məşğul olan etibarlı istehsalçılarının dövlət qeydiyyatına alınmasını sadələşdirəcək. Bununla da bu sahədə olan nöqsanlar aradan qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Etiketlər:  Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ