Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürüldü

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürüldü

Tarix: 28 Iyun 2023 10:28

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib.

Nəticədə 4 terrorçu məhv edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Qarabağda qeyri qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ