Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 13:38
"Ukroboronprom" Dövlət Konserninin baş direktoru Yuri Qusev vəzifəsindən azad edilib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Qusevin əvəzinə ölkə hökuməti "Ukroboronprom"un rəhbəri vəzifəsinə əvvəllər Malışev adına Xarkov zavoduna rəhbərlik etmiş Herman Smetanini təsdiqləyib. Nəşrin məlumatına görə, qərar iyunun 28-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Ukrayna mediası Y.Qusevin vəzifədən çıxarılmasına səbəbin onun rəhbərliyi altında konsernin raket proqramının iflasa uğramasını göstərib.