Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT! Bu qidalar ürək-damar xəstəliklərinin qarşısını alır

DİQQƏT! Bu qidalar ürək-damar xəstəliklərinin qarşısını alır

Tarix: 29 Iyun 2023 17:12

Qanın laxtalanması ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Lakin bəzi məhsullar bununla mübarizə aparmağa kömək edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, qatı qan bədəndəki xəstəliklərin əlamətidir və bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Ürəyin kifayət qədər oksigen və qida qəbul etməməsinə gətirib çıxarır.

Zəncəfil

Bunun qarşısının alınmasında ədviyyatlı qidalar xüsusi yer tutur. Belə ki, zəncəfilin tərkibində salisilat adlı təbii turşu var. Qanın durulaşdırılması üçün tövsiyə olunan aspirin salisilatın sintetik törəməsidir. Zəncəfili müntəzəm olaraq qurudulmuş və ya təzə formada istehlak etmək tövsiyə olunur.

Darçın

Darçın başqa bir faydalı ədviyyatdır. Tərkibində xüsusi bir maddə var - qanı yaxşı incələyən kumarin. Bu maddə qanın durulaşmasına kömək olur.

Sarımsaq

Sarımsaq qan laxtalanması ilə yaxşı mübarizə aparan güclü təbii antikoaqulyant hesab olunur və həmçinin antibakterial xüsusiyyətlərə malikdir. Sarımsağı çiy yemək tövsiyə olunur. Demək olar ki, bütün əsas yeməklərə və salatlara əlavə edilə bilər.

Çobanyastığı 

Güclü təbii antikoaqulyantdır. Trombositlərin fəaliyyətinə maneə törədir. Çobanyastığı çayını hər gün əlavəsiz və şəkərsiz içmək məsləhətdir.

Milli.Az


Etiketlər:  DİQQƏT Bu qidalar ürək damar xəstəliklərinin qarşısını alır


RƏYLƏR