Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Surovikinin həbsi mümkündür? - 7 səbəb

Surovikinin həbsi mümkündür? - 7 səbəb

Tarix: 29 Iyun 2023 17:54

Qərbyönlü Rusiya KİV-ləri Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin həbs olunduğunu yazıb. Düşünürəm ki, bu xəbər doğru deyil.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.

O, Surovikinin həbsini aşağıdakı səbəblərdən dolayı yalan ola biləcəyinə işarə edib:

1. Surovikin birbaşa televiziyada Priqojinin üsyanına qarşı çıxış etdi;

2. Kimin günahkar olduğunu müəyyən etməli olan istintaq indicə başlayıb. Çox vaxt aparmayacaq;

3. Surovikin orduda məşhurdur;

4. Surovikin yaxşı peşəkardır və ordunun ona ehtiyacı var;

5. Üsyançıların başçıları azadlıqda ola-ola, onlara qarşı çıxanların həbs edilməsi qəribə olmazdımı?

6. Surovikinin həbsi ilə bağlı mənbələr tam aydın deyil;

7. Dezinformasiyaya maraq açıq-aşkar görünür - üsyan mövzusunu diqqət mərkəzində saxlamaq; hakimiyyət isə bu mövzunu gündəmdən çıxartmağa çalışır ki, daha tez unudulsun.

Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və onun müavini general-polkovnik Andrey Yudinin vətənə xəyanətdə günahlandırıldığı barədə xəbərlər yayılıb.

Daha sonra Yudin özünün həbs olunduğu barədə xəbərləri təkzib etsə də, Surovikinin harada olmasından xəbərsiz olduğunu bildirib.


Etiketlər:  Surovikinin həbsi mümkündür səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ