Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Kiyevə yeni radar sistemi verir

Almaniya Kiyevə yeni radar sistemi verir

Tarix: 30 Iyun 2023 07:42

Almaniya Ukraynaya yeni hərbi yardım göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Yeni yardım paketinə 1 ədəd orta radiuslu "TRML-4D" radiolokasiya stansiyası, 3 ədəd "BEAVER" körpü sistemi, sərhəd mühafizəsi üçün 2 ədəd maşın və 16 ədəd "Zetros" yük maşınları daxildir.

Qeyd edək ki, "TRML-4D" radarları təyyarələr, helikopter və qanadlı raketlər kimi müxtəlif növ hava hədəflərini erkən aşkar etməyə qadirdir. Radar 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin operativ aşkarlanmasını və izlənilməsini təmin edir.

Milli.Az


Etiketlər:  Almaniya Kiyevə yeni radar sistemi verir


RƏYLƏR