Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küveyt İsveçə Quranın yandırılmasına görə nota verib

Küveyt İsveçə Quranın yandırılmasına görə nota verib

Tarix: 1 Iyul 2023 07:52

Küveyt İsveçə Quranın yandırılmasına görə nota verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabir əl-Əhməd əl-Sabah İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri, Stokholmun maraqlarını hər iki ölkədə təmsil edən Lisolette Andersonu etiraz notası vermək üçün dəvət edib.

Küveyt İsveç hakimiyyətini mitinqə icazə verdiyinə görə qınayıb və Stokholmu müqəddəs yerlərin təhqir olunmasının qarşısını almaq, günahkarları məsuliyyətə cəlb etmək və İslamı təhqir edən hərəkətlərə haqq qazandırmaqdan çəkindirmək üçün təcili tədbirlər görməyə çağırıb.

Bir gün əvvəl Anderson BƏƏ Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Sənəddə İsveçin nifrət və etnik nifaq salan, eyni zamanda beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərən hərəkətə icazə verməklə məsuliyyətsiz mövqe tutduğu vurğulanıb.

Qeyd edək ki, iyunun 28-də aksiya polisin icazəsi ilə Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb.

Milli.Az


Etiketlər:  Küveyt İsveçə Quranın yandırılmasına görə nota verib


RƏYLƏR