Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıstana hava şarı düşdü: ''Pilot deyib ki...'' - VİDEO

Dağıstana hava şarı düşdü: ''Pilot deyib ki...'' - VİDEO

Tarix: 1 Iyul 2023 23:26

Dağıstanda hava şarı qəzaya uğrayıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

"Polisə və Fövqəladə Hallar Nazirliyinə heç kim müraciət etməyib, amma fakt baş verib. Pilotun dediyinə görə, bu, təcili eniş olub", - məlumatda deyilir.

Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir.

Respublika prokurorunun böyük köməkçisi Tatyana Qolubova TASS-a bildirib ki, Dağıstan prokurorluğu Mahaçqalada Tarki-Tau dağının yamacında insanların olduğu şarın düşməsi barədə internetdə məlumat yayıldıqdan sonra araşdırma aparır .

Bundan əvvəl Dağıstanda göyərtəsində insanların olduğu şarın düşdüyü bildirilirdi. Şarın Mahaçqalada Tarki-Tau dağının yamacında qayaya dəydiyi deyilirdi.


Etiketlər:  Dağıstana hava şarı düşdü Pilot deyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ