Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”

Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”

Tarix: 3 Iyul 2023 23:20

"Ölkəmizdə inflyasiya göstəriciləri tam bəlli olduqdan sonra dövlət qulluqçularımıza və təqaüdçü vətəndaşlarımıza verdiyimiz vədlərə əməl edəcəyik".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib. 

O qeyd edib ki, icarə müqavilələri üzrə 25% limit tətbiq olunmağa davam edəcək:

"Biz həm də yeni və işlənmiş avtomobil qiymətlərindəki suni artımları yaxından izləyirik. Biz bu acgözlük problemini də həll edəcəyik". 

Türkiyə lideri fevral ayında baş verən zəlzələni xatırdayaraq bildirib ki, bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb. 

Qeyd edək ki, Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası 3 saata yaxın davam edib. Prezident Ərdoğan görüşdən sonra açıqlama verib.

Milli.Az


Etiketlər:  Ərdoğan Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ