Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın XİN başçısı: O fotodan sonra hər şey “qaynama nöqtəsinə çatıb”

Ukraynanın XİN başçısı: O fotodan sonra hər şey “qaynama nöqtəsinə çatıb”

Tarix: 4 Iyul 2023 07:56

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yeni fotoları üzə çıxdıqdan sonra hər şey "qaynama nöqtəsinə çatıb", ona görə də Ukrayna kəskin, lakin ədalətli addım atıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

"Bilirsiniz, dövlət nədənsə narazı olanda reaksiyanın birinci səviyyəsi etiraz etməkdir. İkinci reaksiya səviyyəsi səfirinizi məsləhətləşmələr üçün geri çağırmaqdır. Üçüncü reaksiya səviyyəsi isə bir neçə miqyasda daha yüksək səviyyədədir - bu ölkənin səfirindən öz hökuməti ilə məsləhətləşmələr üçün Ukraynanı tərk etməsini xahiş etməkdir. Diplomatiyada bu, son dərəcə sərt formadır, lakin Gürcüstan hakimiyyəti buna layiqdir", - nazir əlavə edib.

O bildirib ki, iyulun 4-də səhər Gürcüstan səfiri Xarici İşlər Nazirliyində olacaq və onunla söhbət edəcəklər.

Kuleba qeyd edib ki, gürcü diplomat ölkəsinin hara getdiyi və Ukrayna ilə münasibətləri niyə pozduğu barədə hökuməti ilə məsləhətləşməlidir.

"Biz hesab edirik ki, onlar (Gürcüstan hakimiyyəti - red.) Saakaşvilini ələ salmağı dayandırmalı və onu bizə qaytarmalıdırlar, çünki o, Ukrayna vətəndaşıdır", - nazir əlavə edib.

XİN rəhbəri vurğulayıb ki, Gürcüstan hakimiyyəti onu öldürmək istəyir və bu arzu "yalnız şəxsi nifrət və qisas üzərində" dayanır.


Etiketlər:  Ukraynanın XİN başçısı fotodan sonra hər şey qaynama nöqtəsinə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ