Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR: Heydər Əliyev adına BNEZ-də təmir işləri başa çatmaq üzrədir

SOCAR: Heydər Əliyev adına BNEZ-də təmir işləri başa çatmaq üzrədir

Tarix: 25 Oktyabr 2019 12:42

Bakı. Eldar Canaşvili - Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan təmir başa çatmaq üzrədir.

Trend-in məlumatına görə, bunu BNEZ-də mətbuat turu zamanı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, təmir olunan avadanlıqlar mərhələli şəkildə istismara verilir.

SOCAR zavodda təmir işlərini noyabrın 4-dək başa çatdırmaq niyyətindədir. BNEZ-lə yanaşı, Sumqayıtda “Azərkimya” müəssisəsində də təmir-bərpa işləri aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR Heydər Əliyev adına BNEZ təmir işləri başa çatmaq üzrədir


RƏYLƏR