Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixdən selin vurduğu ziyana görə fermerlərə SIĞORTA ödənişi veriləcək - VİDEO

Bu tarixdən selin vurduğu ziyana görə fermerlərə SIĞORTA ödənişi veriləcək - VİDEO

Tarix: 4 Iyul 2023 17:22

Son iki ayda bölgələrdə baş verən daşqınlarla bağlı aqrar sırğorta fonduna rekord sayda müraciət daxil olub.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, minə yaxın fermerin təsərrüfatına ziyan dəyib.

Fondun şöbə müdiri Ləman Alıyeva bildirib ki, rayonlardan göndərilən bütün müraciətlərə baxılır. Onun sözlərinə görə,  ötən illə müqayisədə bu ilin ilk 6 ayı ərzində baş verən sığorta hadisələrinin sayında kəskin artım müşahidə olunur.

May-iyun aylarında baş verən daşqınlar zamanı ən çox buğda, arpa, qarığdalı və pambıq sahələrinə ziyan vurub.

Ləman Alıyeva qeyd edib ki, müstəqil ekspertləri sözügedən ərazilərə ezam olunublar.

"Qiymətləndirmə işlərindən sonra fermerlərə dəymiş zərərin həcmi müəyyənləşdiriləcək."

Sığorta ödənişlərinin isə avqust ayında verilməsi nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, yalnız əkin sahələrini sığorta etdirən şəxslər sığorta ödənişlərdən faydalana biləcəklər.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.


Etiketlər:  tarixdən selin vurduğu ziyana görə fermerlərə SIĞORTA ödənişi veriləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ