Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib - FOTO

Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib - FOTO

Tarix: 5 Iyul 2023 00:30

Aktrisa Monika Belluççi və rejissor Tim Börton Londonda görüş zamanı fotoqrafların obyektivinə tuş gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 58 yaşlı Belluççi və 64 yaşlı Börton Britaniya paytaxtının mərkəzindəki restorandan çıxarkən əl-ələ veriblər.

İlk dəfə cütlüyün münasibəti 2023-cü ilin martında ortaya çıxıb. İyunun sonunda aktrisa rejissorla görüşdüyünü təsdiqləyib.

"Nə deyim... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda rast gəlinən tanışlıqlardan biridir. Mən bu adamı tanıyıram, onu sevirəm", - Belluççi deyib.
Qeyd edək ki, Tim Börtonla münasibətdən əvvəl Monika Belluççi iki dəfə - fotoqraf Klaudio Karlos Basso və aktyor Vincent Kassellə evli olub. İkinci evliliyindən aktrisanın iki qızı var: 12 yaşlı Leoni və 18 yaşlı Deva.

Milli.Az


Etiketlər:  Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib FOTO


RƏYLƏR