Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu hallarda Fransada sosial şəbəkələr qadağan edilə bilər

Bu hallarda Fransada sosial şəbəkələr qadağan edilə bilər

Tarix: 5 Iyul 2023 08:56

Fransa Prezidenti Emmanuel Makron böhran vəziyyətində hakimiyyətin sosial şəbəkələri tənzimləmək və ya bağlamaq imkanına malik olduğunu bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Makron bu haqda iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə görüşdə danışıb.

"Sosial şəbəkələrdən qanunsuz toplantılar və ya sui-qəsd cəhdləri üçün istifadə olunan hallarda müzakirə ediləcək çox şey var", - deyə Fransa Prezidenti bu məsələ ilə bağlı ayıq müzakirənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.

Milli.Az


Etiketlər:  Bu hallarda Fransada sosial şəbəkələr qadağan edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ