Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədıb

Azərbaycan Prezidenti: Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədıb

Tarix: 5 Iyul 2023 10:48

Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib.

İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb.

Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəlik məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Ermənistan işğal etdiyi ərazilərdə urbisid kultursid ekosid törədıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ