Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 14:52
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qüvvədə olan qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, respublikanın birinci rəhbəri Nursultan Nazarbayev onun adını daşıyan Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu kimi təşkilatlarda Ali Qəyyumlar Şurasının rəhbəri statusundan məhrum edilib.
Müvafiq dəyişikliklər dövlət başçısının imzaladığı "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunda əksini tapıb.
Sənədin əvvəlki variantına görə, Nazarbayev Ali Qəyyumlar Şurasının ilk sədri olub. Ediləcək dəyişikliklərə görə, artıq Ali Qəyyumlar Şurasının sədri prezident və ya onun təyin etdiyi şəxs olacaq.
Xatırladaq ki, Prezident Tokayev fevralın 15-də "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı haqqında" Qazaxıstan Respublikasının Konstitusiya Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" qanunu imzalayıb. Bu qanun Nazarbayevin, habelə onun ailə üzvlərinin imtiyazları və statusunu tənzimləyirdi.