Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xəbəri mənə şəxsən Anarın özü zəng edib çatdırdı” - VİDEO

“Xəbəri mənə şəxsən Anarın özü zəng edib çatdırdı” - VİDEO

Tarix: 5 Iyul 2023 15:50

"İyunun 25-i Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin şəxsən özünün mənə zəng vurub söyləməsi ki, biz sizi "AYB"nin üzvü seçdik, mənim üçün çox qürürverici idi. Anar müəllimə dedim ki, öncədən sizin mənə zəng vurub belə bir xəbərin çatdıracağınızı bilsəydim, səsinizi yazardım. Çünki bu xəbəriniz mənim üçün Allahdan hədiyyə oldu".

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Azərbaycan Yazıçılar Birliyinə üzv seçilən sənətçi sevinc hisslərini bu cür ifadə edib:

"Azərbaycan Yazıçılar Birliyindən çox sayda təbrik zəngləri gəldi. Hamı susaraq Anar müəllimin təsdiqini gözləyirdi. Və mənim "AYB"yə üzv seçilməyim hamının ürəyindən oldu. Dünən "AYB"nin vəsiqəsini əlimə aldım, amma həmin anları paylaşmadım. Bizim görkəmli yazıçımız Çingiz Abdullayev özü sosial şəbəkədə paylaşdı. Onu öpüb, bağrıma basıram.  "AYB"yə üzv seçilməyimlə bağlı kimlərinsə dedikləri sözlər boşunadır. Dünəndən o qədər zənglər almışam ki, vaxt tapıb heç kimə cavab verə bilməmişəm. Bu dəqiqə böyük layihələr üzərində çalışıram".

Qeyd edək ki, Elza Seyidcahan 17 fevral 2022-ci ildə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib. Sənətçi həmçinin Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür.

Milli.Az


Etiketlər:  Xəbəri mənə şəxsən Anarın özü zəng edib çatdırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ