Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu üzə çıxdı - VİDEO

Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu üzə çıxdı - VİDEO

Tarix: 5 Iyul 2023 17:50

Azərbaycan və Dağıstanın Xalq artisti Azər Zeynalov arxiv videosu ilə gündəmə səs salıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "Söhbət var" verilişi 58 yaşlı sənətçinin yeniyetməlik illərində lentə alınan görüntülərini yayımlayıb.

Sözügedən kadrlarla bağlı Zeynalov proqramda bunları söyləyib:

"Uşaq vaxtı "Vətən" kinoteatrının həyətində yaşayırdım. Orada da uşaqlıq dostum Rauf Əliyev vardı. O, rəssam idi. O çox istedadlı idi. Həmin görüntüləri isə ikimiz çəkmişik. Mən onun, o isə mənim kadrlarımı çəkirdi. Amma kadrlarda ikimiz olanda kameranı "ştativ"in üstünə qoyub, yandırıb, çəkirdik. Bu kadrlar 10-cu sinifdə oxuduğumuz illərə təsadüf edir. Biz heç bilmirdik nədən bəhrələnirdik. Sadəcə olaraq elə təsəvvür edib, çəkirdik. Kinokameranı özüm almışdım. Evdə bir neçə ədəd kinokameralarım var. Onları kolleksiya kimi toplamışam, baxıb ləzzət alıram".

Milli.Az


Etiketlər:  Azər Zeynalovun heç yerdə yayımlanmayan arxiv videosu üzə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ