Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuz sakinlərinin bu problemi də həll olundu - VİDEO

Tovuz sakinlərinin bu problemi də həll olundu - VİDEO

Tarix: 6 Iyul 2023 19:22

Tovuz sakinləri onlara verilən elektirik enerjisindən narazıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Aşağı Quşçu kənd sakinləri iddia edir ki, hazırkı elektrik paylayıcısı onların gündəlik həyatını qaranlığa çevirib. Axşam saatlarında yanan işıq şam işığını əvəz edir. Qəzalı elektrik sütünları və istismar müddətini başa vurmuş naqillər də onlar üçün təhlükə mənbəyinə çevrilib.

Elektrik enerjisinin verilməsində yaranan fasilələr və ya enerjinin normalara uyğun şəkildə paylanılmaması məişət avadanlıqlarını da sıradan çıxarıb. Mövcud problemlərin cərəyan etdiyi əraziyə yaxın olan yarımsatnsiyaya da sakinlər ümid mənbəyi kimi baxırlar.

Azərişıq Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, mövcud problem aramsız yağışlardan sonra yaranıb.

"Artıq elektrik paylayıcısında yaranan problem həllini tapıb."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Tovuz sakinlərinin bu problemi həll olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ