Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

28 minə alınmışdı, 20 milyona satıldı - Arda Gülər kimdir?

28 minə alınmışdı, 20 milyona satıldı - Arda Gülər kimdir?

Tarix: 6 Iyul 2023 20:00

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin və "Fənərbağça"nın gənc ulduzu Arda Gülər rəsmən Madrid "Real"ına transfer olunub. İspanlar digər nəhənglərlə apardıqları mübarizədə qalib gələrək 18 yaşlı vinger üçün 20 milyon avro ödəyiblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda İspaniyanın və dünyanın gündəmində olan gənc istedadın kimliyi isə maraq doğurur. Necə oldu ki, qısa müddətdə ölkəsinin ulduzuna çevrildi?

Arda Gülər 25 fevral 2005-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonunda dünyaya göz açıb. Futbolçu karyerasına 2014-cü ildə paytaxtı təmsil edən "Gənclərbirliyi" klubunda başlayıb. 5 il burada oynadıqdan sonra isə "Fənərbaxça" skautlarının diqqətini cəlb edib. "Osmanlıspor" - "Gənclərbirliyi" oyunundan sonra istanbulluların skautu Serhat Pekmezci onunla maraqlanmağa başlayıb. O, 14 yaşlı oyunçunun keçirdiyi matçlardan görüntüləri yığan Pekmezci bunu klubun idman direktoru Damien Komolli və president Ali Koça göstərib.

Eyni zamanda "Qalatasaray" rəhbərliyi də onu heyətinə qatmaq üçün mübarizəyə başlayıb. Ali Koç isə "Gənclərbirliyi" prezidenti Murat Cavcavdan şəxsən xahiş edib və Ardanın keçidinə nail olub. Ankara klubuna isə bu transfer üçün 150 min lirə (28 min avro) transfer məbləği ödənilib.

2019-cu ildə onunla rəsmi müqavilə imzalanıb. 2 il İstanbul klubunun aşağı yaş qruplarında oynadıqdan sonra 2021-ci ildə əsas heyətə cəlb olunub. İlk oyununu isə UEFA Avropa Liqasının pley-off mərhələsində Finlandiyanın "Helsinki" klubuna qarşı keçirib. Bundan cəmi 3 gün sonra o, "Antalyaspor"la qarşılaşmada meydana çıxıb və qol ötürməsi edib. İlk qolunu isə 2022-ci il martin 13-də Superliqa oyununda "Alanyaspor"un qapısına vurub.

2022-ci ilin noyabrında "Fənərbağça"nın heyətində Kiyev "Dinamo"suna qarşı Avropa Liqası qrup matçında meydana çıxıb və matçın 23-cü dəqiqəsində qol vurub. Bununla o, Türkiyənin avrokuboklarda qol vuran ən gənc oyunçusu ünvanına sahib çıxıb.

Bu oyundan sonra isə  "La Gazetta" nəşri Ardanın fotosunu "uno così una volta ogni 100 anni" (onun kimisi 100 ildə bir dünyaya gəlir) başlığı ilə paylaşıb.

"Fənərbağça"dakı parlaq oyunu ilə Avropa nəhənglərinin də diqqətini çəkən Arda artıq milli komandanın da əsas heyət üzvünə çevrilməyə başlayıb. Alman baş məşqçi Stefan Kuntz onu ilk "11-lik"də meydana buraxmağa başladı.

AÇ-2024-ün seçmə mərhələsində 19 iyunda Uelslə matçda vurduğu qol isə UEFA-nın ilin ən yaxşı qolları siyahısında yer aldı. Onun vurduğu mükəmməl zərbəyə komanda yoldaşları da təəccüblənmişdi.

Arda üçün mübarizəyə bir çox Avropa nəhəngləri qoşulsa da, "Real" və "Barsa" bu transferdə daha israrlı idilər. İki əzəli rəqibin duelindən isə madridlilər qalib ayrıldı.

Milli.Az


Etiketlər:  28 minə alınmışdı 20 milyona satıldı Arda Gülər kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ