Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 21:22
İspaniya, Portuqaliya, Ukrayna və Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcəklər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda L'Equipe məlumat yayıb.
Bu dörd ölkənin birgə müraciəti qalib gəlsə, tarixdə ilk dəfə olaraq Avropa və Afrikada eyni vaxtda turnir keçiriləcək. Argentina, Uruqvay, Çili və Paraqvay da artıq birgə ərizə verib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.