Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Albaniya Prezidenti: Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq

Albaniya Prezidenti: Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq

Tarix: 7 Iyul 2023 16:21

May ayında Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Həmin qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

"Bu ilin yanvarında təcrübələrin, ölkələrimizin və planetin gələcəyinə dair qabaqcıl baxışların mübadiləsi baxımından digər mühüm təşəbbüs olan Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Prezident Heydər Əliyevin 100 illiyində Azərbaycanın inkişafı və gücləndirilməsinə dair müstəsna baxışı ölkənizə səfər edən hər kəs tərəfindən hiss olunur. Onun Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq və ölkənizin gələcək inkişafına xidmət edəcək", - deyə Albaniya Prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Albaniya Prezidenti Heydər Əliyevin Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ