Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Namiq: "Müharibə vaxtı bağımı və avtomobilimi satdım" - VİDEO

Namiq:

Tarix: 8 Iyul 2023 11:50

"44 günlük İkinci Vətən müharibəsindən sonra mən bir müddət efirlərə çıxmadım və fəaliyyətimi dondurdum. Bunun mənə maddi ziyanı oldu. Efirlərə müraciət etdim ki, məni çəkməyin. Çünki hamı mənə zəng vurub efirlərə dəvət edirdi. Hamıya bir-bir məsələni izah etməkdənsə sosial şəbəkə vasitəsi ilə videomüraciət çəkib, paylaşdım. Amma insanlar bunu tamamilə başqa cür qəbul edib, məni qəhrəmanlaşdırdılar".

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "YouTube"da yayımlanan "Pərvizlə" layihəsinə müsahibəsində deyib.

Sənətçi ikinci Qarabağ müharibəsi zamanı səhnə fəaliyyətini dondurduğuna görə maddi sıxıntılar çəkdiiyini və bu səbəbdən bağını və ikinci avtomobilini satdığını bildirib:

"Bu məsələnin də arxasıycan getmədim ki, sabah gedib haradasa məzarüstü şəkil paylaşıb, şəhid tədbirlərində ağlayıb və buna bənzər şeylər edim. Yenə deyirəm ki, buna pis baxmıram. Bu məsələ mənim mənəvi dünyamdır, sonra özüm-özümdən utanaram. Ola bilər ki, bununla tutuzduraram amma özüm-özümdən utanaram. Sonra nə baş verdi...

Artıq mən səhnə fəaliyyətimə başlayanda əyləncə tədbirlərinin çoxuna məni çağırmadılar. O müğənnilər ki, o dövrdə insanların heysiyyatlarının üstündən xətt çəkib, nə istədilər elədilər, onların işləri yenə də yaxşı gedirdi. Açıq deyəcəyəm bir mövsüm toylara dəvət almadım. Bunun mənə maddi təsiri şübhəsiz ki, oldu.

Amma yenə də atdığım addımdan peşman olmadım. O ərəfədə bağımı da, ikinci avtomobilimi də satdım. Bəzən də şübhələndim ki, mən başı üstə gedirəm. Sonra nə baş verdi, həmin zamanın üstündən altı ay və bir il keçdi "daşlar yerinə oturdu" və ondan artığını xalqımız mənə qazandırdı".

44 yaşlı Qaraçuxurlu fəxri ad ala bilmədiyindən də söz açıb. Namiq vurğulayıb ki, illər əvvəl rəsmi qaydada nazirliyə məsələ ilə bağlı müraciət edib:

"Dırnaqarası fərasətlərdə aktiv deyiləm. Bu isə özümə olan hörmətimdən və xarakterimdən irəli gəlir. 44 yaşım var və mən hələ dövlət tərəfindən fəxri ada layiq görülməmişəm. O işlərdə isə dırnaqarası fərasət lazımdır. Mən isə o fərasəti edə bilmirəm. Bir dəfə Mədəniyyət nazirliyinə Əbülfəz Qarayevin dövründə rəsmi qaydada müraciət məktubu yazıb göndərmişəm. Nazirlikdən dolğun cavab almışam ki, sizin siyahıda adınız var, növbəniz çatanda sizə də fəxri ad veriləcək".

Milli.Az


Etiketlər:  Namiq Müharibə vaxtı bağımı avtomobilimi satdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ