Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 21:56
İyunun 7-də xəstəxanaya yerləşdirilən Niderland millisi və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sarın son durumu açıqlanıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, reanimasiyada olan veteran qapıçının vəziyyəti sabit qiymətləndirilib. Lakin hələ də müəyyən narahatlığın olduğu bildirilib.
Amsterdam təmsilçisi məlumatı keçmiş qapıçının həyat yoldaşı Annemari van der Sarın adından yayıb.
Qeyd edək ki, Edvin van der Sar beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilib.