Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən dönən “Azov” komandirləri cəbhəyə qayıdacaqlar

Türkiyədən dönən “Azov” komandirləri cəbhəyə qayıdacaqlar

Tarix: 9 Iyul 2023 09:24

"Azov" alayının komandirləri cəbhəyə qayıtmaq niyyətindədirlər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin komandirlərindən biri Denis Prokopenko Lvovda jurnalistlərə açıqlamasında bildirib.

"Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik", - o qeyd edib.

Döyüş əməliyyatları ilə bağlı aydınlaşdırıcı suala o belə cavab verib: "Biz elə ona görə qayıtmışıq".

Ukrayna Prezidenti Volodimir Zelenski "azov"çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınıb: "Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur".

Xatırladaq ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra "Azov" komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.

Milli.Az


Etiketlər:  Türkiyədən dönən Azov komandirləri cəbhəyə qayıdacaqlar


RƏYLƏR