Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 15:04
"Dəniz pişiyi Stiv" ləqəbli fransız idmançı Stiv Stivenart Kaliforniya sahilləri ilə Katalina adası arasında tarixi üzməni həyata keçirib. Üzgüçü Katalinadan materikə, oradan adaya və yenidən materikə qayıdıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, fasiləsiz üzgüçülük 51 saat davam edib. O, irəli-geri üç keçid etməli olub.
Ada ABŞ-nin Los-Anceles şəhərinin Lonq-Biç sahillərindən 32 km aralıda yerləşir. Beləliklə, Stivenartın açıq suda dayanmadan qət etdiyi ümumi məsafə təxminən 100 km olub.
Qeyd edək ki, Stevenart 2022-ci ilin yanvarında Katalina və Cənubi Kaliforniyanın materik hissəsi arasında "birtərəfli" keçid etmişdi. Həmin ilin iyun ayında o, irəli-geri üzərək məsafəni artırmış və buna da 28 saatdan çox vaxt sərf etmişdi.