Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakan Fidan Sergey Lavrovla taxıl sazişini müzakirə edib

Hakan Fidan Sergey Lavrovla taxıl sazişini müzakirə edib

Tarix: 9 Iyul 2023 18:20

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub.

Milli.Az xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar.

İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

Milli.Az


Etiketlər:  Hakan Fidan Sergey Lavrovla taxıl sazişini müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ